Ramil Şeydayev debüt etdi

10:04 27 Fevral 2017

Millimizin futbolçusu Ramil Şeydayev bu gün Slovakiya çempionatında debüt edib.

 

Sportarena.az xəbər verir ki, qış transfer pəncərəsi dövründə “Trabzonspor”dan “Jilina”ya keçən 20 yaşlı hücumçumuz bu gün autsayderlərdən olan “Zlate Moravtse”ylə görüşün iştirakçıları sırasında yer alıb. Şeydayev 75-ci dəqiqədə meydana daxil olub. Ramil ilk görüşündə qol vura bilməsə də, komandası 4:1 hesabı ilə qələbə qazanıb.


Qeyd edək ki, 19 turdan sonra "Jilina" 47 xalla turnir cədvəlinə başçılıq edir.


Xəbər xətti