Azərbaycan Premyer Liqasının 20-ci turunda səfərdə AZAL-a qalib gələn (1:0) "Neftçi"nin qapıçısı Maksim Vaylo oyunla bağlı fikirlərini bildirib.
Sportarena.az xəbər verir ki, 3 oyundu qapısını toxunulmaz saxlayan qolkiper klubun saytına açıqlamasında bu seriyanın onda özünəinam hissini bir az da artırdığını deyib:
"Artıq 3 oyundu qol buraxmıram. Bu məndə özünəinamı daha da artırıb. Oyun ərzində qapısını toxunulmaz saxlamaq hər bir qapıçı üçün vacibdi. O ki qaldı matça, yaxşı oynadıq. Düzdü, mən də daxil olmaqla bəzi səhvlər etdik. Amma ümumi götürsək, vacib olan 3 xal idi ki, bu 3 xalı qazandığımıza görə xoşbəxtəm”.