Sportarena.az
29 May 2017

Güləşçilərimiz üçün Kiyev sınağı

12 Punto 14 Punto 16 Punto 18 Punto

3-4 mart 2017-ci il tarixdə Kiyevdə Ukraynanın tanınmış güləşçi və məşqçilərinin xatirəsinə həsr olunmuş sərbəst, yunan-roma və qadın güləşi üzrə beynəlxalq turnir keçiriləcək.

 

Sportarena.az xəbər verir ki, turnirdə sərbəst və qadın güləşi üzrə yığma komandamızın üzvləri də iştirak edəcək. Qadın güləşi üzrə yığmamızın üzvləri Kiyevdə Ukrayna, ABŞ, İsrail və Litva yığmaları ilə birgə təlim-məşq toplanışındadı. Baş məşqçi Semyon Çterev və böyük məşqçi Aslan Ağayevin rəhbərliyi altında hazırlıqları davam etdirən yığmamızın üzvləri turnirdə sınaqdan keçiriləcək.

 

Sərbəst güləş üzrə yığmanın baş məşqçisi Firdovsi Umudov, məşqçilər Arif Abdullayev və Sadruddin Ayqubovun rəhbərliyi altında 9 güləşçimiz Kiyevdə mübarizə aparacaq. Turnirdə ölkəmizi Pərviz İbrahimov, Mircəlal Həsənzadə (hər ikisi 57 kq), Əhmədnəbi Qvarzatilov (61 kq), Teymur Məmmədov, Məhəmməd Müslümov, Qitinomaqomed Hacıyev (hamısı 65 kq), Hacımurad Ömərov (70 kq), Hacımurad Məhəmmədsəidov (86 kq) və Umar İsrailov (125 kq) təmsil edəcək.

 

Görüşlərin idarə edilməsində beynəlxalq dərəcəli hakim Vaqif Zeynallı ölkəmizi təmsil edəcək.

 

Proqrama əsasən, martın 3-də sərbəst güləş üzrə 57, 65, 74, 97 kq, qadın güləşi üzrə 48, 55, 60, 69 kq çəkidə idmançılar, martın 4-də isə 61, 70, 86 və 125 kq-da sərbəst, 53, 58, 63 və 75 kq çəkidə qadın güləşçilər yarışacaq.

Tarix
28.02.17 [16:42]
* Xəbərə şərh yoxdur. İlk şərhi sən yaz

Adınız
E-mail adresiniz
Şərhiniz

Xəbər xətti

Facebook

Sorğu

Növbəti mövsümdən Premyer Liqada neçə klub iştirak etsin?
 8
 10
 12
 Daha çox

Copyright © 2017 Sportarena.az
Saytı hazırladı: Five studio