O, uşaq kimi ağlayırdı - Şahin Diniyev - AÇIQLAMA

18:52 28 Fevral 2017

“Kəpəz” Azərbaycan Premyer Liqasının 20-ci turunda öz meydanında “Qəbələ”ylə heç-heçə edib (1:1).

 

Sportarena.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında “Kəpəz”in baş məşqçisi Şahin Diniyev matçla bağlı fikirlərini bildirib:

 

“Artıq komandamız əvvəlki günlərini qaytarmaq üzrədi. Bir müddət komandamızın oyununda eniş olsa da, son iki oyunda futbolçularım özlərini yaxşı tərəfdən göstərməyi bacarıblar”.

 

 

Matçın 38-ci dəqiqəsində “Kəpəz”in futbolçusu Nicat Qurbanov “Qəbələ”nin gürcü legioneri Nika Kvekveskirini silləylə vurub və qırmızı vərəqəylə cəzalanıb. Diniyev həmin epizod haqda da danışıb:

 

“Fasilə ərəfəsində Nicata yaxınlaşdım. O, uşaq kimi ağlayırdı. Əlbəttə, böyük səhv edib. Amma bir səhvə görə futbolçunu siyahıdan silmək olmaz. Onunla söhbətimiz olacaq".


Digər xəbərlər

Xəbər xətti