"Belə meydançalarda futbol oynamaq mümkün deyil" - Qriqorçuk - AÇIQLAMA

19:07 28 Fevral 2017

“Qəbələ” Azərbaycan Premyer Liqasının 20-ci turunda səfərdə “Kəpəz”lə heç-heçə edib (1:1).

 

Sportarena.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında “Qəbələ”nin ukraynalı baş məşqçisi Roman Qriqorçuk matçla bağlı fikirlərini bildirib:

 

"Futbolçularımdan razıyam. Son ana qədər döyüşdülər. İstənilən halda, qalib gəlməli olduğumuzu başa düşürəm. Ancaq belə meydançalarda futbol oynamaq mümkün deyil. Belə qazonda topla hərəkət etmək, sürətli hücumlar qurmaq olmur, topu ancaq irəli vurmalı olursan. Təkcə Gəncədə deyil, AZAL-ın və "İnter"in stadionunda da futbol oynamaq çətindi. Qalib gəlməməyimizə obyektiv səbəblər mane oldu". 
 

 

Qriqorçuk Nika Kvekveskiriylə "Kəpəz"in futbolçusu Nicat Qurbanov arasındakı qalmaqaldan da danışıb:

 

"Mən Nikadan epziodun necə baş verməsini soruşdum. O da mənə dedi ki, futbolçunun təxribatına uymadım, sakit şəkildə reaksiya verdim, amma Nicat məni nəyəsə görə vurdu".


Xəbər xətti