Əliyar Ağayev Gənclər Liqasında

11:53 2 Mart 2017

UEFA Gənclər Liqasının 1/4 final mərhələsinin təyinatları məlum olub.

 

Sportarena.az xəbər verir ki, UEFA bu mərhələnin oyunlarında azərbaycanlı hakimlərə də təyinat verib. Martın 7-də keçiriləcək MOİK (Rusiya) - “Benfika” (Portuqaliya) matçını FİFA referisi Əliyar Ağayev idarə edəcək. Ağayevin köməkçiləri Rza Məmmədov və Akif Əmirəli olacaq.

Qarşılaşmanın hakim-inspektoru isə rusiyalı Yuri Baskakov olacaq.

 

Qeyd edək ki, Moskvadakı Oktyabr stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 17:00-da start götürəcək.


Digər xəbərlər

Xəbər xətti