Birinci divizionda dörd klub cəzalandırıldı - 200 manat

15:06 2 Mart 2017

AFFA İntizam Komitəsinin iclası keçirilib.

 

Sportarena.az xəbər verir ki, bu gün keçirilən iclasda Birinci divizionun son turunda və təxirə salınmış oyunlarda baş verən qayda pozuntuları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:

 

"Şəmkir” - “Zaqatala” matçının 47 və 56-cı dəqiqələrində “Şəmkir”in azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyi üçün klub 80 manat cərimə olunub.

 

"Səbail” - “Mil-Muğan” matçında “Mil-Muğan”ın 4 futbolçusu sarı vərəqəylə cəzalandığı üçün klub 80 manat cərimə olunub.

 

"Energetik” - MOİK matçının 20-ci dəqiqəsində “Energetik”in futbolçusu Tural Məmmədov sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 20 manat cərimə olunub.

 

“Şahdağ” - “Zaqatala” matçının 81-ci dəqiqəsində “Şahdağ”ın futbolçusu Vüqar Asəliyev ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 20 manat cərimə olunub.


Digər xəbərlər

Xəbər xətti