Millimiz ərəblərlə qarşılaşacaq

16:50 2 Mart 2017

Qadınlardan ibarət Azərbaycan milli komandasının təlim-məşq toplanışı başlayıb.

 

Sportarena.az xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təşkil olunmuş toplanışda 20 oyunçu iştirak edir.

 

Komandamızın hazırlıq çərçivəsində iki yoldaşlıq oyunu keçirməsi planlaşdırılır. Martın 6-da yekunlaşacaq hazırlıq prosesində Kamilla Məmmədova (“Adana İdmanyurdu Spor”, Türkiyə), Mərvə Özdəmir (“Ayntraxt”, Frankfurt, Almaniya), Rövşanə Sərdarlı, Sevinc Cəfərzadə, Nigar Cəlilli, Günay İsmayılova (hamısı “Fidan”), Diana Məmmədova (“Yenisey”, Krasnoyarsk, Rusiya), Aysun Əliyeva (“İlkadım Belediyyesi Yabancılar Pazarı Spor”, Türkiyə), Firəngiz Teymurova (“Konak Belediye Spor, Izmir, Türkiyə), Güləmbər Qasımova (“Qəbələ”), Natalya Rodelqo (“Qranada”, Madrid, İspaniya), Lusiya Sançez (“Rayo Vallekano”, Madrid, İspaniya), Ayşən Əhmədova, Vusalə Seyfətdinova (hər ikisi “Sumqayit”), Vüsalə Hacıyeva, Roza Quliyeva (hər ikisi “Təhsil”), Manya Mollayeva, Maya Danqadze, Kristina Bakarandze və Aytac Şərifova (hamısı “Zaqatala”) iştirak edir.


Digər xəbərlər

Xəbər xətti