"İnter" Beynəlxalq Bankın reklamından niyə imtina etmir? - AÇIQLAMA

14:57 3 Mart 2017

Beynəlxalq Bankın ilin əvvəlindən etibarən "İnter"dən imtina etməsi barədə yəqin ki məlumatlısız. Bankın yeni rəhbərliyi idarəetmə siyasətini dəyişərək futbola pul xərcləməkdən imtina etdi və klubu mövsmün sonuna kimi AFFA-ya tapşırdı. Artıq federasiya paytaxt təmsilçisinə sponsor axtarmağa başlayıb.

 

Bununla belə, "İnter" meydana üzərində Beynəlxalq Bankın adı qeyd edilmiş formalarla çıxır. Bank klubdan imtina edibsə, bu nə dərəcədə düzgündür? Komanda niyə BB-nin adı yazılmış formalarla meydana çıxır? Suallarımızı "İnter" mətbuat xidmətinin rəhbəri Səbuhi Məmmədova ünvanladıq. O, Sportarena.az-a açıqlamsında məsələyə belə aydınlıq gətirdi:

 

"Beynəlxalq Bank klubdan imtina etsə də, hələ də klubun təsisçisidir. "İnter"in səhmlərinin 100 faizi, həmçinin "İnter Arena" banka məxsusdur.  Bu barədə bankın verdiyi bəyanatda qeyd edilib ki, yeni sponsor üçün tender elan olunur. Bu isə o deməkdi ki, yeni sponsor klubu təhvil almaq üçün məhz Beynəlxalq Bankla danışıqlar masasına əyləşməlidir. "İnter" bankın yeni strategiyasına uyğun gəlmədiyindən mövsümün sonuna kimi AFFA-ya tapşırılıb.

 

Eyni zamanda, biz də formaları dəyişə bilmərik. Həm bankın təsisçilik hüququna görə, həm də formaları öncədən sifariş etdiyimizə görə. Biz bilmirdik ki, belə hadisələr olacaq. Öncədən heç nə planlaşdırılmamışdı".

 

 

"İnter"in keçmiş prezidenti Georgi Nikolov bir müddət əvvəl klubun bankla əməkdaşlığı barədə detalları mətbuata açıqlamışdı. O, bildirmişdi ki, titul sponsorluğuna görə Beynəlxalq Bank kluba ayrıca pul ödəyib. "Bu əməkdaşlıq indi qüvvədə deyilmi" sualına Məmmədov belə cavab verdi:

 

"Həmin vaxt hər şey başqa cür idi. Geogi Nikolovun gedişindən sonra klubun idarəsi tam olaraq banka keçdi. "İnter" törəmə şirkətə çevrildi. Bayaq qeyd etdiyim kimi, klubun səhm paketinin hamısı banka məxsusdur".

 

Heybət Məmmədov


Digər xəbərlər

Xəbər xətti