İlham Zəkiyevə ad günündə vəzifə verildi

15:16 3 Mart 2017

Bu gün Milli Paralimpiya Komitəsinin (MPK) hesabat-seçki yığıncağı keçirilib.

Komanda.az xəbər verir ki, Milli Olimpiya Komitəsinin binasında keçirilmiş toplantıda MPK-nın 2013-2016-cı illər üzrə fəaliyyəti barədə hesabatı dinlənilib.

 

Sportarena.az xəbər verir ki, sonra rəhbər vəzifələrə seçkilər keçirilib. İlqar Rəhimov yenidən Milli Paralimpiya Komitəsinin prezidenti, Natiq Qasımov 1-ci vitse-prezident, İlham Zəkiyev vitse-prezident, Şaiq Həmidov isə baş katib vəzifələrinə seçilib.

Qeyd edək ki, ikiqat paralimpiya çempionu İlham Zəkiyev bu gün doğum gününü qeyd edir. Onun 37 yaşı tamam olur.


Digər xəbərlər

Xəbər xətti