Rəşad Sadıqov "Xəzər Lənkəran"ın milyonluq təklifini niyə rədd edib? - "Bildirdim ki..." - AÇIQLAMA

16:07 3 Mart 2017

"CBC Sport"un "İmza" verilişinin qonağı olan milli komandanın və "Qarabağ"ın kapitanı Rəşad Sadıqov "Xəzər Lənkəran"dan təklif alması barədə danışıb.

 

Sportarena.az xəbər verir ki, müdafiəçi ona ünvanlanan "Neftçi"də oynadığınız vaxtlarda deyilənə görə, sizə "Xəzər Lənkəran"dan 1 milyonluq transfer məbləği təklif edilib. Bu söz-söhbət həqiqətdirmi" sualına Rəşad belə cavab verib:

 

"Belə bir danışıq olmuşdu. Mənə 2 illik müqavilə təklif olunmuşdu. 2 illik müqavilə hətta 1 milyondan da çox edirdi. Hərdən qarışdırırlar ki, Rəşada 1 ilinə 1 milyon təklif edilib. Əslində, o məbləğ iki il üçün nəzərdə tutulurdu. "Xəzər Lənkəran" rəhbərliyi ilə görüşdük də. Mən o görüşə gedəndə "Neftçi" rəhbərliyini bu barədə xəbərdar etmişdim. Bildirdim ki, hörmət əlaməti olaraq "Xəzər Lənkəran" rəhbərliyinin görüşünə gedəcəm.

 

Qərarımı bilirdim. Hardasa 30-40 dəqiqə aramızda danışıq oldu. "Xəzər Lənkəran" rəhbərliyi ilə tanış olduq. Çünki o adam Azərbaycan futbolu üçün çox şey edib. Və görüşdə qəti bildirdim ki, "Neftçi"dən ayrılmaq istəmirəm".


Digər xəbərlər

Xəbər xətti