Fernando Torresin zədəssi ciddidir? - "Atletiko"dan AÇIQLAMA

17:03 3 Mart 2017

“Atletiko”nun hücumçusu Fernando Torresin “Deportivo” ilə oyunda (1:1) zədələndiyi barədə məlumat vermişdik.

 

Sportarena.az xəbər verir ki, klub hücumçunun zədəsi ilə bağlı məlumat yayıb. Bildirilir ki, onun zədəsi ciddi deyil:

 

“Fernando Torres xəsarət alıb. Travmatik heç bir dəyişiklik baş verməyib. Hazırda onun huşu özündədi. O, qısa müddət xəstəxanada qalacaq”.


Digər xəbərlər

Xəbər xətti