Ayxan Abbasov azarkeşlərlə görüşdü - FOTOLAR

17:21 3 Mart 2017

"Zirə"nin baş məşqçisi Ayxan Abbasov komandanın azarkeşləri ilə görüşüb.

 

Sportarena.az xəbər verir ki, "Sumqayıt"la oyundan sonra fəal azarkeşlərdən bir neçəsi baş məşqçiyə görüşmək istədiklərini bildirmiş və mütəxəssis də böyük məmnuniyyətlə bu təklifi qəbul etmişdi.

 

Görüşdə "Zirə" azarkeşləri Ayxan Abbasovla fikir mübadiləsi aparıb, təkliflərini bildiriblər. Fanatlar həmçinin, komandadakı məşqçi dəyişikliyindən sonra sərgilənən oyundan razı qaldıqlarını bildirib və məşqçilər korpusuna, futbolçulara inandıqlarını dilə gətiriblər. Baş məşqçi də onunla görüşdükləri üçün azarkeşlərə təşəkkür etdikdən sonra sualları cavablandırıb, "Zirə"sevərlərlə fikir mübadiləsi aparıb. Görüşdə azarkeşlərlə komanda arasında birlik və bərabərliyin olmasının vacibliyi də önə çəkilib.

 

 

 

 

 

 


Digər xəbərlər

Xəbər xətti