Barda döyüldü, komandasından qovuldu

18:57 3 Mart 2017

“Borussiya”dan ayrıldıqdan sonra heç cür bəxti gətirməyən Kevin Qrosskroyts daha bir uğursuzluqla üzləşib.

 

Sportarena.az xəbər verir ki, Almaniyanın 2-ci Bundesliqa təmsilçisi “Ştutqart” yarımmüdafiəçiylə yollarını ayırmaq qərarına gəlib. Bu barədə məlumatı Almaniya mətbuatı yayıb. Alman həmkarlarımızın yazdığına görə, aşağı liqa klubu bir neçə gün öncə gecə fahişəxanalardan birində kütləvi davaya qarışan Qrosskroytsla yollarını ayırmaq qərarı alıb. Klubun qərarının futbolçuya yaxın günlərdə çatdırılacağı deyilir.

 

Qeyd edək ki, 2015-ci ildə “Borussiya”dan (Dortmund) ayrılaraq “Qalatasaray”la anlaşan futbolçu burdan bir oyun belə keçirmədən ayrılmışdı.


Digər xəbərlər

Xəbər xətti