"Traktorsazi" xal itirdi

10:53 4 Mart 2017

İran çempionatında 23-cü tura start verilib.

 

Sportarena.az xəbər verir ki, Təbrizin “Traktorsazi” klubu evdə “Saypa Karaj”la qarşılaşıb. Oyun qolsuz bərabərliklə nəticələnib.

 

Təbrizin digər təmsilçisi “Qostareş Fulad” isə səfərdə “Padide Şandiz”ə uduzub - 2:3.

 

Qeyd edək ki, 23 oyundan sonra hesabında 45 xal olan “Traktorsazi” 2-ci pillədə qərarlaşıb. “Qırmızı qurdlar” bir oyun az keçirmiş lider “Persepolis”dən 5 xal geri qalır. “Qostareş Fulad” isə 30 xalla 7-ci pillədə qərarlaşıb.


Xəbər xətti