Dadaşovun komandasının oyununda 8 qol

11:18 5 Mart 2017

Almaniyanın Gənclər Liqasının cənub-qərb zonası üzrə birincilikdə 20-ci turun oyunları keçirilib.

 

Sportarena.az xəbər verir ki, Azərbaycan yığmasında oynamağa razılıq verən Renat Dadaşovun şərəfini qoruduğu “Ayntraxt”ın U-19 komandası da növbəti matçına çıxıb. Frankfurt təmsilçisi  səfərdə "Frayburq"la qarşılaşıb. Oyun məhsuldar heç-heçəəylə nəticələnib - 4:4. Dadaşov start heyətdə başladığı bu oyunda sonadək meydanda olub. 

 

Hazırda futbolçumuzun komandası 25 xalla 14 klub arasında 9-cu pillədə qərarlaşıb.


Digər xəbərlər

Xəbər xətti