Alleqri "Arsenal"la razılaşdı

14:15 5 Mart 2017

“Yuventus”un baş məşqçisi Massimiliano Alleqri “Arsenal”la prinsipial razılıq əldə edib.

Sportarena.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, Arsen Vengerdən sonra “Arsenal”ı Alleqri çalışdıracaq. “Topçular” italyan mütəxəssislə hələ ötən ilin sonlarından danışıqlara başlayıblar.

İndi Alleqri "topçular"ın baş məşqçisi Arsen Vengerin qərarını gözləyir. Hələ ötən yay Vengerə müqaviləni daha iki illiyə uzatmaq təklif edilmişdi. Klub rəhbərliyi Arsenin bu ayın sonuna qədər qəti qərara gələcəyini güman edir. Venger getmək istəsə, onu Alleqri əvəz edəcək.

Məlumata görə, italyan mütəxəssis sərəncamında görmək istədiyi futbolçuların siyahısını da klub rəhbərliyinə təqdim edib. Onun transfer siyahısında ilk yerdə “Latsio”nun yarımmüdafiəçisi Sergey Milinkoviç-Saviç durur.

“Yuventus”un baş məşqçisi Massimiliano Alleqri “Arsenal”la prinsipial razılıq əldə edib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, Arsen Vengerdən sonra “Arsenal”ı Alleqri çalışdıracaq. “Topçular” italyan mütəxəssislə hələ ötən ilin sonlarından danışıqlara başlayıblar.

Xəbər xətti