Paşayev bu tur nə etdi?

10:37 6 Mart 2017

Ukrayna çempionatında 20-ci turun oyunları keçirilir.

 

Sportarena.az xəbər verir ki, millimizin üzvü Pavel Paşayevin şərəfini qoruduğu “Stal” evdə “Zirka” ilə qarşılaşıb. Paşayevin start heyətində meydana çıxdığı və sonadək oynadığı qarşılaşma 3:0 hesabıyla millimizin üzvünün komandasının xeyrinə başa çatıb.

 

20 oyundan sonra hesabında 18 xal olan “Stal” 12 komanda arasında 9-cu pillədə qərarlaşıb.


Xəbər xətti