Rauf Əliyev Mixaylovla görüşdü

12:11 7 Mart 2017

AFFA-nın 1-ci vitse-prezidenti, Milli Məclisin deputatı Rauf Əliyev Bolqarıstana səfəri çərçivəsində bu ölkənin futbol federasiyasının prezidenti Borislav Mixaylovla görüşüb.

 

Sportarena.az AFFA-ya istinadən xəbər verir ki, görüş zamanı iki ölkənin futbol federasiyaları arasında qarşılıqlı əməkdaşlıq, müxtəlif yaş qruplarından ibarət yığma komandaların yoldaşlıq oyunlarının təşkili barədə səmərəli müzakirələr aparılıb. Rauf Əliyev həmçinin, UEFA-nın İcraiyyə Komitəsinin üzvlüyünə namizədliyi irəli sürülmüş AFFA-nın baş katibi Elxan Məmmədovun seçki platformasını Bolqarıstan Futbol Federasiyasının rəhbərliyinə təqdim edib.

 

Qeyd edək ki, Borislav Mixaylov UEFA İcraiyyə Komitəsinin üzvü, UEFA-nın Futzal və Çimərlik Futbolu Komitəsinin sədri, Futbol Komitəsinin sədr müavinidi.


Digər xəbərlər

Xəbər xətti