Ölkənin ən titullu klubu hakimlərə görə çempionatı boykot etmək istəyir

12:51 7 Mart 2017

Misirin ən titullu klublarından olan "Zamalek" çempionatı boykot edə bilər.

 

Sportarena.az xəbər verir ki, "Misr al Makasa" ilə martın 3-də baş tutan oyundan (0:1) sonra klub prezidenti Murtəza Mansur "Zamalek"in çempionatda çıxışına qadağa qoyacağını bildirib. Mansur 2016-cı ilin dekabrında da analoji formada hakimliyə etiraz etmişdi.

 

"Heç kim "Zamalek"i mövsümü bitirməyə məcbur edə bilməz. Çünki bunu istəmirik" - deyə klub prezidenti qeyd edib.

 

Qeyd edək ki, 22 qat Misir çempionunun sentyabra qədər yekun qərara gəlmək imkanı var.


Digər xəbərlər

Xəbər xətti