Sançes "Arsenal"dan gedir? - Qərarını verdi

16:24 7 Mart 2017

“Arsenal”ın hücumçusu Aleksis Sançes komandadan ayrılmaq istəyir.

 

Sportarena.az xəbər verir ki, bu barədə məlumatı İngiltərə mətbuatı yayıb. Belə ki, İngiltərə Premyer Liqasının “Liverpul”a qarşı son oyunda (1:3) ehtiyatda qalan çilili futbolçu klubdakı gələcək karyerasıyla bağlı qərara gəlib. O, mövsümün sonunda komandadan ayrılmağı düşünür Sançesin xidmətində “Yuventus” və PSJ klubları maraqlıdı.

 

Qeyd edək ki, Çili millisinin üzvünün “topçular”la müqavilə müddəti 2018-ci ilin yayında bitəcək.


Xəbər xətti