Alleqri özünü "Barselona"ya təklif etdi

18:16 7 Mart 2017

"Yuventus"un baş məşqçisi Massimliano Alleqri Turin klubundan getmək niyyətindədir.

 

Sportarena.az xəbər verir ki, italyan mütəxəsis özünü "Barselona"ya təklif edib. Bu barədə "Mundo Deportivo" nəşri məlumat yayıb. Bildirilir ki, onun meneceri Kataloniya klubunun prezidenti Xosep Bartomeu ilə əlaqə saxlayıb.

 

"Barselona"nın direktoru Robert Fernandesə bu barədə ispaniyalı həmkarlarımız tərəfinfən sual ünvanlanıb. O isə  Alleqri ilə bağlı suala cavab verməkdən boyun qaçırıb.

 

Qeyd edək ki, Luis Enrikenin "Barsa"dan gedəcəyini elan etməsindən sonra baş məşqçi postuna adı hallandırılan digər namizədlər Ernesto Valverde və Xorxe Sampaolidir.


Digər xəbərlər

Xəbər xətti