İbrahimoviç cəzalandırıldı - Dirsəklə vurduğuna görə

11:40 8 Mart 2017

"Mançester Yunayted"in hücumçusu Zlatan İbrahimoviç cəzalandırılıb.

 

Sportarena.az xəbər verir ki, buna, isveçli futbolçunun İngiltərə Premyer Liqasının 27-ci turunun “Bornmut”la matçda (1:1) rəqib oyunçunu dirsəyi ilə vurması səbəb olub. Belə ki, Tayron Minqsə zərbə endirən İbranın bu hərəkəti matçın hakiminin diqqətindən yayınsa da, Nizam İntizam Komitəsi epizodun təkrarını izlədikdən sonra forvardı cəzalandırıb. O, 3 oyunda “qırmızı şeytanlar”a kömək edə bilməyəcək.



Bu da o deməkdi ki, 36 yaşlı hücumçu Premyer Liqada “Midlsbro” və “Vest Bromviç”, Federasiya Kubokunda isə “Çelsi” ilə matçları buraxacaq.


Xəbər xətti