Qvardiola A seriyasının bombardirini hədəfə aldı

22:15 8 Mart 2017

“Mançester Siti” rəhbərliyinin baş məşqçi Xosep Qvardiolaya yayda geniş transfer büdcəsi ayıracağı barədə məlumat vermişdik.

 

Sportarena.az xəbər verir ki, ispan mütəxəssis artıq hücum xəttiylə bağlı qərarını verib. İngiltərə mətbuatında yer alan xəbərlərə görə, Qvardiola A seriyası təmsilçisi “Torino” və İtaliya millisinin hücumçusu Andrea Belottinin xidmətində maraqlıdı.

 

Lakin Turin klubunun rəhbərliyinin italyan hücumçunu transfer etmək istəyən klubların 100 milyon avro ödəməsiylə bağlı tələbi bu keçidə mane ola bilər.

 

Qeyd edək ki, Belotti cari mövsümdə A seriyasında meydana çıxdığı 24 oyunda 22 qola imza atıb və çempionatın ən sərrast oyunçusudu.


Xəbər xətti