"Almaniya ilə oyundan əvvəl bu nəticə bizim üçün vacib idi" - Səlahət Ağayev - AÇIQLAMA

15:16 10 Mart 2017

Milli komandamızın qapıçısı Səlahət Ağayev Qətərlə yoldaşlıq oyunu (2:1) haqda fikirlərini bildirib.

 

Sportarena.az AFFA-nın saytına istinadən xəbər verir ki, o, Qətərlə Azərbaycan millisinin eyni səviyyədə olduğunu deyib:

 

“Rəqibimiz zəif komanda deyildi. Eyni səviyyəli iki komandanın qarşılaşması oldu. Oyuna yaxşı başlasaq da, fasiləyə qədər qol vura bilmədik. Hesabı ikinci hissədə açdıq, təəssüf ki, tez də qol buraxdıq. Amma qələbə topunu vurmağa nail olduq. İkinci hissədə daha əzmkar mübarizə apardıq. Almaniya ilə oyundan əvvəl bu nəticə bizim üçün vacib idi.

Yenə deyirəm, Qətərin zəif rəqib olduğunu demək, düzgün deyil. Baş məşqçimiz də qeyd edib ki, rəqib futbol oynamağı bacardığını meydanda göstərdi. Oyunun gedişi, axarı da bu qənaətə gəlməyə əsas verir".


Digər xəbərlər

Xəbər xətti