"Bu matç bizdə özünəinamı artırdı" - Namiq Ələsgərov - AÇIQLAMA

16:03 10 Mart 2017

“Oyun həm maraqlı, həm də çətin keçdi. Almaniya ilə oyunöncəsi yaxşı təcrübə qazandıq".

 


Sportarena.az AFFA-nın saytına istinadən xəbər verir ki,özləri milli komandamızın üzvü Namiq Ələsgərov Qətərlə yoldaşlıq oyunu (2:1) haqda danışarkən deyib. "Neftçi"nin hücumçusu bu qələbənin vacib olduğunu bildirib:

 

"Meydanda bərabər səviyyədə mübarizə getdi. Hər iki komandanın real qol epizodları oldu. Bu matç bizdə özünəinamı artırdı. Almaniya ilə qarşılaşmada hansı taktiki sxemlə oynayacağımıza baş məşqçi qərar verəcək. Bizim işimiz həmin matça ciddi hazırlaşmaqdır”.


Digər xəbərlər

Xəbər xətti