Nazarov qol vurdu, "Aue" 3 xala sevindi

10:28 11 Mart 2017

Almaniya 2-ci Bundesliqasında 24-cü turun oyunları keçirilir.
 
 

Sportarena.az xəbər verir ki, millimizin üzvü Dmitri Nazarovun çıxış etdiyi “Aue” öz meydanında “Karlsrue” ilə qarşılaşıb. Oyun “Aue”nin 1:0  hesablı qələbəsi ilə başa çatıb. Nazarov sabiq komandasına qarşı oyunun start heyətinə meydana çıxıb və sona qədər mübarizə aparıb. Oyunda yeganə qolun müəllifi də millimizin üzvü olub. O, 36-cı dəqiqədə penaltidən fərqlənib.


 
Qeyd edək ki, 24 oyundan sonra hesabında 22 xal olan “Aue” 18 komanda arasında 16-cı pillədə qərarlaşıb.


Digər xəbərlər

Xəbər xətti