Elnur Cəfərov oynadı, komandası uduzdu

10:31 12 Mart 2017

Xorvatiya ikinci liqasında 21-ci turun oyunları keçirilib.

 

Sportarena.az xəbər verir ki, həmyerlimiz Elnur Cəfərovun şərəfini qoruduğu "Duqopolye" doğma meydanda "Noviqrad" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 0:1. Elnur matça start heyətində başlayıb, 60-cı dəqiqədə əvəzlənib.

 

Qeyd edək ki, hazırda 31 xala malik  "Duqopolye" 12 klub arasında 5-ci pillədə qərarlaşıb.


Digər xəbərlər

Xəbər xətti