Ronaldo ikinci dəfə ata olacaq - Yenə eyni qayda ilə

14:36 12 Mart 2017

“Real”ın hücumçusu Kriştiano Ronaldo ikinci dəfə ata olacaq.

 

Sportarena.az xəbər verir ki, bu barədə ingiltərənin "The Sun" nəşri məlumat yayıb. portuqaliyalı ABŞ-da yaşayan surroqat-anadan iki oğul əkiz uşağının doğulmasını gözləyir. Adı açıqlanmayan qadının hamiləliyinin son aylarını yaşadığı bildirilir. Uşaqlar doğulduqdan sonra Ronaldo onları ABŞ-dan Madriddəki evinə gətirəcək.

 

Qeyd edək ki, Ronaldonun ilk oğlu olan kiçik Kriştianonu da 2010-cu ildə dünyaya surroqat-ana gətirib.


Digər xəbərlər

Xəbər xətti