Braziliyalı futbolçuya 2 illik cəza - "Şaxtyor"dan AÇIQLAMA

13:44 13 Mart 2017

Dopinqə görə uzun müddətdi bütün yarışlardan uzaqlaşdırılan “Şaxtyor”un braziliyalı legioneri Fredin cəzasının müddəti və başa çatacağı tarix bəlli olub.

 

Sportarena.az xəbər verir ki, bu barədə məlumatı “Şaxtyor”un baş direktoru Sergey Palkin verib:

 

“Fred iyulun sonuna qədər cəzalanıb. VADA, KONMEBOL və futbolçunun vəkili arasında razılıq əldə edilib ki, onun cəzası iki illikdi. Cəza 2015-ci ilin iyulundan başlayıb və 2017-ci ilin iyulunda başa çatacaq. Fred hazırda Braziliyadadı və fərdi məşqlər edir. O, səbirsizliklə mayın sonunu gözləyir”.


Xəbər xətti