"Fövqəladə bir hadisə olarsa, buna sevinərik" - Zaur Svanadze - MÜSAHİBƏ

20:40 13 Mart 2017

“Asan oyun olmadı. Xüsusən də, ikinci hissə bizim üçün çətin keçdi”.

 

 

Sportarena.az xəbər verir ki, bunu “İnter”in baş məşqçisi Zaur Svanadze deyib. Azərbaycan Premyer Liqasının 22-ci turunda “Sumqayıt”ı qəbul edən paytaxt təmsilçisi kapitan Nizami Hacıyevin yeganə qolu sayəsində 1:0 hesablı qələbə qazanıb. Matçdan sonra təşkil edilən mətbuat konfransında gürcüstanlı mütəxəssisin qalibiyyət şərhi belə olub:

 

“Hesabda öndə olanda bərabərlik qolunu buraxmaq narahatlığı ilə oynayırsan. Əsas odu ki, qələbə qazandıq. Komandadan razı qaldım. Səlahət Ağayev, Abbas Hüseynov və Slavik Alxasov bu gün oynaya bilmirdilər. Buna baxmayaraq, lazımi qələbəni əldə etdik. İndi “Neftçi” ilə qarşıdakı matça hazırlaşacağıq”.

 

- Həm 4, həm də 2-ci yerlə aranızda xal fərqi çoxdu. Mövsümün qalan hissəsinə məqsədiniz nə olacaq?

- Əsas məqsədimiz Avroliqaya vəsiqə qazanmaqdı. Əlbəttə ki, fövqəladə bir hadisə olarsa, turnir cədvəlində irəliləyərsək, buna sevinərik. (Apasport)


Digər xəbərlər

Xəbər xətti