Qurban Qurbanov jurnalistləri təhqir edən tərcüməçini qovdu

19:35 14 Mart 2017

"Qarabağ"  tərcüməçisi Əfqan Xəlilini klubdan uzaqlaşdırıb.

 

Sportarena.az xəbər verir ki, bu barədə Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 22-ci turunda AZAL-la oyundan sonra keçirilən mətbuat konfransında bildirib. O, Xəlilinin işindən razı qalsa da, intizamsızlığını bağışlamayıb.

 

Qeyd edək ki, Əfqan Xəlilli özünün "Facebook" səhifəsində futbolçu Miçel Madera ilə olan şəkili paylaşaraq,  jurnalistlərə xitabən “növbəti axmaq sualı gözləyərkən, mən” - sözlərini yazıb.


Digər xəbərlər

Xəbər xətti