"İnanıram ki, bunun ardı gələcək" - Rövnəq Abdullayev - AÇIQLAMA

11:47 15 Mart 2017

Bu gün AFFA-nın Hesabat Konfransı keçirilir.

 

Sportarena.az xəbər verir ki, konfransda çıxış edən Rövnəq Abdullayev bir il ərzində ölkə futbolunda baş verənlər barədə danışıb:

 

“Hesabat dövrü ərzində bir çox layihələr həyata keçirildi. Dünya çempionatının seçmə mərhələsinə “Niyə də yox?” devizi ilə başladıq, bu da özünü doğrultdu. Millimiz ilk oyunlarda azarkeşləri sevindirdi. İnanıram ki, bunun ardı gələcək. Bundan əlavə, "Qarabağ" və "Qəbələ" Avropa Liqasının qrup mərhələsində yaxşı oyunlar göstərdilər. AÇ-2020-nin loqosunun təqdimat mərasimi yüksək səviyyədə keçirildi. Ölkə prezidentinə futbolumuza göstərdiyi diqqət və qayğıya görə minnətdarlığımızı bildiririk. Azərbaycan futbolunun inkişafı prezidentimizin dəstəyi nəticəsində baş verir. 2019-cu ildə Çempionlar Liqası və Avropa Liqasının finalını paytaxtımızda təşkil etmək istəyirik. Bu finallardan birinin burda keçirilməsinə çalışırıq. AFFA-nın baş katibi Elxan Məmmədov UEFA-nın İcraiyyə Komitəsinin üzvlüyünə namizəddi, digər namizədlərlə mübarizə aparacaq. Ona uğurlar arzu edirəm". (Apasport)


Digər xəbərlər

Xəbər xətti