"Mançester Siti" "Monako"ya boyun əydi, "Atletiko" növbəti mərhələdə - YENİLƏNİR

10:03 16 Mart 2017

Bu gün baş tutacaq iki oyunla Çempionlar Liqasında 1/8 final mərhələsinin oyunlarına yekun vurulacaq.

 

Sportarena.az xəbər verir ki, gecənin maraqlı matçı Fransada baş tutacaq. "Monako" ilk oyunda 5:3 hesabı ilə məğlub olduğu "Mançester Siti"ni qəbul edəcək. İlk oyundakı açıq və gərgin mübarizənin bu matçda da təkrar olunacağı proqnozlaşdırılır.

 

Digər görüşdə isə "Atletiko" Madriddə "Bayer"i qəbul edəcək. "Hindular" ilk görüşdə səfərdə 4:2 hesablı qələbə qazandığına görə növbəti mərhələ şansları yüksəkdi. Yaxşı günlərini yaşamayan Leverkuzen təmsilçisinin bu oyunda 3 top fərqi ilə qalib gələcəyi inandırıcı görünmür.

 


Çempionlar Liqası, 1/8 final, cavab oyunları
15 mart
23:45 Monako - Mançester Siti 3:1 (3:5)
23:45 Atletiko - Bayer L 0:0 (4:2)


Digər xəbərlər

Xəbər xətti