Bədavi Hüseynovun yubiley oyunu

15:28 15 Mart 2017

Azərbaycan Premyer Liqasının 22-ci turu "Qarabağ"ın futbolçusu Bədavi Hüseynov üçün əlamətdar olub. 
 

Sportarena.az PFL-in saytına istinadən xəbər verir ki, milli komandamızın üzvü ölkə çempionatında 150-ci oyununu keçirib.  Yubileyi AZAL üzərində 1:0 hesablı qələbəyə təsadüf edən müdafiəçi bu müddətdə 1 qol vurub.

 

Premyer Liqada 2011/12 mövsümündə debüt edən Hüseynov öncə “Sumqayıt”da (26 oyun), sonra “Qarabağ”da (124 oyun, 1 qol) forma geyinib.


Digər xəbərlər

Xəbər xətti