İcraiyyə Komitəsi hansı qərarları qəbul edib? - Siyahı

16:56 15 Mart 2017

Bu gün “Bulvar” otelində AFFA-nın İcraiyyə Komitəsinin iclası keçirilib. 

 

Sportarena.az AFFA-ya istinadən xəbər verir ki, aparılmış müzakirələrdən sonra aşağıdakı qərarlar qəbul olunub:

 

1. Danışılmış oyunlar və oyun nəticələrinin manipulyasiyası ehtimalı ilə bağlı UEFA-dan daxil olmuş xəbərdarlıqlar barədə qərar qəbul olunması İntizam Komitəsinə tövsiyə olunsun

2. Vüqar Məmməd U-15 və U-16 Azərbaycan yığmalarının baş məşqçisi təyin olunsun

3. Mirbağır İsayev U-17 Azərbaycan yığmasının baş məşqçisi təyin olunsun

4. Təbriz Həsənov U-19 Azərbaycan yığmasının baş məşqçisi təyin olunsun

5. Futzal üzrə Azərbaycan millisinin baş məşqçisi vəzifəsi Nilson Dos Santos Maçadoya (Biro Jade) həvalə olunsun

6. İslam Həmrəyliyi Oyunlarında iştirak edəcək U-23 Azərbaycan yığmasının (1994-95-ci il təvəllüdlü) baş məşqçisi vəzifəsi Yaşar Vahabzadəyə həvalə olunsun

7. Adları aşağıda göstərilmiş futbol veteranlarına AFFA-nın təqaüdü verilsin:
- Səməd Qurbanov
- Asəf Namazov
- Rafiq Mirzəyev
- Abdulla Məmmədov
- Məzahir Süleymanzadə
- Rafiq Quliyev
- Rafiq Yusubov

8. Hakimlər Komitəsinin tərkibi aşağıdakı şəkildə təsdiqlənsin:
- Futzal və Çimərlik futbolu üzrə komissiya: Elçin Səmədli
- Hakimlərin fiziki hazırlığı üzrə komissiya: Namiq Quliyev
- Metodiki-Tədris Komissiyası: Ceyhun Haşımov
- Təyinat Komissiyası: Kərim Ağayev
- Məsul katib: Nizami Şərifov

9. Hakim-İnspektorlar Komitəsinin üzvü Bəşir Əliyev komitə üzvlüyündən xaric olunsun. Şahin Cəfərov Hakim-İnspektorlar Komitəsinin üzvü təyin olunsun

10. AFFA-nın yanında Media Komitəsinin fəaliyyət müddəti uzadılsın

11. İclasda “İnter” PİK-in AFFA-nın müvəqqəti idarəçiliyinə götürülməsi ilə bağlı baş katibliyin hesabatı dinlənilib


Digər xəbərlər

Xəbər xətti