"Fənərbaxça"nın futbolçusunun əli sındı - VİDEO

13:32 18 Mart 2017

Türkiyənin "Fənərbaxça" klubunun futbolçusu Fernandao "Konyaspor"la Super Liqanın 25-ci tur matçında əlini sındırıb.

 

Sportarena.az xəbər verir ki, 33-cü dəqiqədə braziliyalı hücumçu cinah asmasından sonra top uğrunda mübarizədə rəqib komandanın qapıçısı Sərkan Kırıntılı ilə toqquşub. Nəticədə Fernandao sol əli üstündə yerə uğursuz düşüb. Meydanı xərəkdə tərk edən "sambaçı" xəstəxanaya çatdırılıb. Onun durumuna rentgen müayinəsindən sonra aydınlıq gələcək. 

 

Qeyd edək ki, İstanbuldakı "Şükrü Saracoğlu" stadionunda keçirilmiş görüş "Konyaspor"un qələbəsi ilə yekunlaşıb - 3:2. 

 


Xəbər xətti