Ramilli "Jilina" qələbə həsrətinə son qoydu - VİDEO

12:02 19 Mart 2017

Milli komandamızın hücumçusu Ramil Şeydayev formasını geydiyi Slovakiyanın “Jilina” klubunda növbəti oyununu keçirib. 


Sportarena.az xəbər verir ki, “Jilina” ölkə çempionatının 24-cü turunda “Ruzemberok”u qəbul edib. Şeydayev 74-cü dəqiqədə meydana daxil olub. Matç həmyerlimizin komandasının 3:1 hesablı qələbəsi ilə tamamlanıb. 


Qeyd edək ki, bununla da 2 oyunluq qələbə həsrətinə son qoyan “Jilina” 52 xalla çempionatın vahid lideridir. 

 

 


Digər xəbərlər

Xəbər xətti