Sportarena.az
19 Avqust 2017

"Sonuncu yerdə olsaq da..." - Tərlan Əhmədov - AÇIQLAMA

12 Punto 14 Punto 16 Punto 18 Punto

“Futbolçularıma təşəkkür düşür. Sona qədər mübarizə apardılar. Komandama inanırdım. Onlara diqqətli olmaq tapşırığı verilmişdi. Uduza da bilərdik, amma yaxaladığımız şansdan yararlandıq”.

 

Sportarena.az xəbər verir ki, bu sözləri AZAL-ın baş məşqçisi Tərlan Əhmədov “Qəbələ” ilə oyundan sonra deyib. Əhmədov 1:1 hesabı ilə yekunlaşan görüşdən sonra komandasını motivasiya edərkən çətinlik çəkdiyini bildirib:

 

“Hər oyunqabağı futbolçuları motivasiya edəndə bir ilim geri düşür. Praktiki cəhətdən 7-ci yerə qalxmağımız mümkün deyil. Yerdə qalan oyunları udsaq belə, qeyri-real görünür. Futbolçuların özünəinamı var. Sonuncu yerdə olsaq da, ümid var. Oyunçular komandanın adına, gələcəkləri naminə mübarizə aparırlar. Ötən il 46 xal yığsaq da, bu il sonuncu yerdəyik. Halbuki oyun baxımından rəqiblərdən çox da geri qalmırıq". (Apasport)

Tarix
19.03.17 [18:39]
* Xəbərə şərh yoxdur. İlk şərhi sən yaz

Adınız
E-mail adresiniz
Şərhiniz

Xəbər xətti

19 Avqust
18 Avqust 

Facebook

Sorğu

Avrokuboklarda hansı klubumuz daha uğurlu çıxış edəcək?
 "Qarabağ"
 "Qəbələ"
 "İnter"
 "Zirə"

Copyright © 2017 Sportarena.az
Saytı hazırladı: Five studio