Eddi izləyici qismində

11:59 20 Mart 2017

İspaniya Sequndasında 30-cu turun oyunları keçirilib.

 

Sportarena.az xəbər verir ki, millimizin yarımmüdafiəçisi Eddi İsrafilovun şərəfini qoruduğu "Kadis" səfərdə "Jirona" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu görüşdən qələbə ilə ayrılıb - 2:1. 
 

Qeyd edək ki, İsrafilov bu görüşü sonadək ehtiyat oyunçular skamyasından izləyib.

"Kadis" 30 turdan sonra 50 xalla 22 klub arasında 3-cü pillədə qərarlaşıb.


Digər xəbərlər

Xəbər xətti