"Real"ın futbolçusu rüşvət verdiyini etiraf etdi - Sürücülük vəsiqəsinə görə

16:18 20 Mart 2017

“Real”ın futbolçusu Fabio Koentrao vətəni Portuqaliyada keçirilən məhkəmə prosesində sürücülük vəsiqəsi almaq üçün 4 min avro rüşvət verdiyini etiraf edib.

 

Sportarena.az xəbər verir ki, 2012-ci ildə imtahanı keçirən şəxslərdən biri əl jestləri ilə düzgün cavablara işarə vurub. Futbolçu bildirib ki, vaxtı az olduğundan cavabların yalnız yarısını bilirmiş. Buna görə də sürücülük vəsiqəsi almaq üçün rüşvət verib.

 

Məhkəmə rüşvət verdiyi üçün futbolçunu təqsirli bilib və onu 3 min avro məbləğində cərimələyib. Bu pulu Koentrao xeyriyyə fondlarından birinə keçirməlidir. 


Digər xəbərlər

Xəbər xətti