Əmrə Mor "Beşiktaş" yolunda

16:28 23 Mart 2017

Dortmund “Borussiya”sının türkiyəli futbolçusu Əmrə Mor növbəti mövsümdən vətənində çıxış edə bilər.

 

Sportarena.az xəbər verir ki, bu barədə məlumatı Türkiyə mətbuatı yayıb. Türkiyəli həmkarlarımızın yazdığına görə, Super Liqanın lideri “Beşiktaş” 19 yaşlı futbolçunu icarəyə götürməyi planlaşdırır. Xəbərdə cari mövsümdə heyətə düşməkdə çətinlik çəkən Morun da İstanbul klubunda çıxış etməyin əleyhinə olmadığı vurğulanıb.

 

“Qartallar”ın baş məşqçisi Şenol Günəşin gənc istedadın atasıyla danışaraq, keçidə razı salmağa çalışacağı deyilir. “Borussiya” rəhbərliyinin isə gənc futbolçunun Çempionlar Liqasında çıxış edəcək klublardan birinə icarəyə verərək, təcrübə toplamasının tərəfdarı olacağı gözlənilir.


Xəbər xətti