"Barselona"nın müdafiəçisi Jerar Pike İspaniya Futbol Federasiyası tərəfindən cərimələnib.
Sportarena.az xəbər verir ki, katalon futbolçu 3 min avro cərimələnib. O, İspaniya Kubokunun 1/8 final mərhələsində "Athletic"ə uduzandan sonra hakim qərarlarından şikayətlənmişdi.
Qeyd edək ki, həmin oyunda 1:2 uduzan katalonlar cavab görüşündə 3:1 hesabıyla qalib gələrək 1/4 finala çıxmışdı.