Azərbaycan - Almaniya 2:15 - 4 oyunun statistikası

13:38 26 Mart 2017

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində millimiz martın 26-da Almaniyanı qonaq edəcək.

 

Sportarena.az xəbər verir ki, indiyə kimi komandalar arasında 4 görüş baş tutub ki, bunların hamısında almanlar qələbəni bayram edən tərəf olub.

 

Keçirilən 4 oyunda almanlar millimizi 15 dəfə mərkəzə dəvət edib. Buraxılan topların qarşılığında isə millimiz 2 dəfə Almaniyanı məyus edə bilib. Bu da son iki matça - AÇ-2012 seçmə mərhələ oyunlarına təsadüf edə bilib. Millimizin heyətində Vaqif Cavadov və Murad Hüseynov fərqlənib.

 

Əks düşərgədə ən çox fərqlənən futbolçu artıq karyerasını bitirmiş Miroslav Klozedi. O, 4 dəfə fərqlənib. Bir neçə gün öncə milli komandadakı çıxışını başa vuran Lukas Podolski isə 2 dəfə komandamızı məyus edib.

 

DÇ-2010 seçmə mərhələ
Azərbaycan - Almaniya 0:2
Qollar:
Bastiyan Şvanştayger, 12. Miroslav Kloze, 54.


Almaniya - Azərbaycan 4:0
Qollar:
Mixael Ballak, 14. Miroslav Kloze, 55; 66. Lukas Podolski, 71.


AÇ-2012 seçmə mərhələ
Almaniya - Azərbaycan 6:1
Qollar:
Heyko Vestermann, 28. Lukas Podolski, 45. Miroslav Kloze, 45. Rəşad Sadıqov, 53-ö/q. Holger Badştuber, 86. Miroslav Kloze, 90 - Vaqif Cavadov, 57.

 

Azərbaycan - Almaniya 1:3
Qollar: Məsut Özil, 30. Mario Qomes, 41. Andre Şürle, 90 - Murad Hüseynov, 89.


Digər xəbərlər

Xəbər xətti