Zenyov qol vurdu, Estoniya Xorvatiyaya qalib gəldi - VİDEO

10:20 29 Mart 2017

Bu gün dünyanın yaşıl meydanlarında yoxlama oyunları keçirilir.

 

Sportarena.az xəbər verir ki, "Qəbələ"nin hücumçusu Sergey Zenyovun şərəfini qoruduğu Estoniya millisi Xorvatiyanı qəbul edib. Oyun gözlənilmədən estonların böyük hesablı qələbəsiylə nəticələnib.

 

Tallində keçirilən matçın 70-ci dəqiqəsində meydana daxil olan Zenyov, 14 dəqiqə sonra xorvatların qapısına yol taparaq, komandasının böyük hesablı qələbəsinə töhfə verib.

 

 


Digər xəbərlər

Xəbər xətti