"Bura mənim vətənimdi" - "Neftçi"nin veteran futbolçusu - AÇIQLAMA

10:49 29 Mart 2017

“Neftçi”nin veteran futbolçusu Nikolay Boqdanov klubun rəsmi saytına açıqlama verib.

 

Sportarena.az xəbər verir ki, Ukraynanın paytaxtı Kiyevdən “Neftçi”nin 80 illik yubileyi ilə bağlı martın 30-da Bakıda keçiriləcək tədbirə dəvət olunmuş 1966-cı ilin bürünc mükafatçısı sevincini belə ifadə edib: 

 

“Neftçi”nin yubileyinə gəlmək mənim üçün xalqımızın Novruz bayramı kimidi. Öz vətəninə necə getmək olar?! Ən gözəl hisslərlə, ən gözəl təəssüratlarla. Bura mənim vətənimdi. Vətənim mənə yaşamağı, futbol oynamağı öyrədib. Bu mənim üçün hər şeydi. Bir vaxtlar çiyin-çiyinə oynadığım komanda yoldaşlarımla yenidən görüşmək istərdim. Bu bizim hamımız üçün çox böyük bayram olacaq. Bunu bizə yaşadan klub rəhbərliyinə minnətdaram. İnanıram ki, belə bir gündə azarkeşlər tribunanı dolduracaqlar”.


Digər xəbərlər

Xəbər xətti