"Real" Pikeni məhkəməyə verir - Verdiyi açıqlamaya görə

15:34 29 Mart 2017

Jerar Pikenin "Real Madrid" haqqında növbəti açıqlaması artıq gündəmi zəbt edib.
 
 
Sportarena.az xəbər verir ki, Madrid klubu bu məsələnin üstünə düşmək niyyətindədir. Klubun hüquqşünasları Pikenin fikirlərini diqqətlə araşdırıb sonra məhkəməyə şikayət etmək istəyir. "Real" bossları da katalon müdafiəçinin sözlərindən təəccüblənib.

 

Fransa - İspaniya (0:2) matçından sonra açıqlama verən Pike Messi və Neymarın məhkəmə işində prokuror olan xanımın "Santiago Bernabeu"da tez-tez görünməsinə eyham vurmuşdu:

 

"Real"ln futbolçularına sözüm yoxdur. Amma klubla bağlı bəzi şeylərdən xoşum gəlmir. Messi və Neymara qarşı iş aparan şəxslərin "Santiago Bernabeu"nun VİP lojasında oturması heç xoşagələn deyil. Madriddə həmişə belə olub. Messi, Neymara qarşı ittihamlar... Ronaldoya isə heç nə deyilməz".


Digər xəbərlər

Xəbər xətti