"Sumqayıt" "Neftçi" ilə oyuna itkilərlə hazırlaşır

23:31 29 Mart 2017

Sumqayıt" "Neftçi" ilə oyunun hazırlığını davam etdirir.

 

Sportarena.az xəbər verir ki, "kimyaçılar" baş məşqçi Samir Abasovun rəhbərliyi altında bu gün Sumqayıt şəhər stadionunda növbəti məşqini keçib. 21 və 23 yaşadək milli komandaların heyətində yer alan futbolçular sabahdan etibarən hazırlığa qatılacaq. Bundan başqa, son məşqdə zədə almış yarımmüdafiəçi Sergey Çernişev də hazırlıq prosesinə qatılmayıb. Bərpa prosesi keçən Ayaz Mehdiyev və Mikayıl Rəhimov isə fərdi şəkildə məşq edib. Məşq zamanı kompleks hazırlığa və toplu çalışmalara üstünlük verilib. Komandanın növbəti məşqi sabah saat 16:00-da şəhər stadionunda olacaq.

 

Qeyd edək ki, "Sumqayıt" növbəti turda apelin 2-də doğma arenda "Neftçi"ni qəbul edəcək.  


Xəbər xətti