"Neftçi" həmişə mənim qəlbimdə olacaq" - İqor Ponomaryov - AÇIQLAMA

10:36 30 Mart 2017

"Neftçi”nin veteran futbolçusu İqor Ponomaryov klubun 80 illik yubileyi ilə bağlı tədbirdə iştirak etmək üçün Bakıya gəlib.

Komanda.az xəbər verir ki, 1988-ci ilin Olimpiya çempionu klubun rəsmi saytına açıqlamasında bunları deyib:

"Neftçi”nin 80 illik yubileyi ilə bağlı Bakıda olmaq çox xoşdu. Allah eləsin, sevimli klubumuzun 100 illiyini də birlikdə qeyd edək. Paytaxta gəlmək həmişə xoşdu, Bakı mənim doğma şəhərimdi. Belə təntənəli tədbirlər təşkil etdiklərinə görə klub rəhbərliyinə minnətdaram. "Neftçi” mənim yeniyetmə dövrümdü, gəncliyimdi. Hələ gənc yaşlarımda bu komandada oynamaq istəyirdim. Hətta ÇSKA-ya gedəndən sonra da "Neftçi”yə qayıdıb, burada çıxış etdim. "Neftçi” mənim üçün xüsusi komandadı, o, həmişə mənim qəlbimdə olacaq”. 


Digər xəbərlər

Xəbər xətti