Maradona İnfantino ilə danışacaq - Messiyə görə

17:42 31 Mart 2017

Əfsanəvi futbolçu Dieqo  Maradona "Barselona"nın hücumçusu Lionel Messiyə FİFA tərəfindən verilən 4 oyunluq cəzanın azaldılmasını istəyir.
 

 

Sportarena.az xəbər verir ki, bu barədə Argentina mətbuatına açıqlamasında Maradona özü məlumat verib. O, Messiyə verilən cəzanı düzgün hesab etmədiyini və buna görə FİFA prezidenti Canni İnfantino ilə danışacağını deyib:

 

“İnfantino ila bu barədə danışacam. Dörd oyunluq cəza çoxdur. Messinin FİFA-ya yolladığı məktubda yazdığı sözlər də önəmlidir. Məncə, bu, vəziyyəti dəyişə bilər".
 


Qeyd edək ki, Messi DÇ-2018-in seçmə mərhələsində Çili ilə oyunda yan xətt hakimini söydüyü üçün 4 oyunluq cəzalandırılıb


Xəbər xətti